DÜNYA
Misiri, Yunanıstanı və Kipri birləşdirəcək yüksəkgərginlikli sualtı elektrik kabeli çəkiləcək
Afina, 1 dekabr, AZƏRTAC
Misiri, Yunanıstanı və Kipri birləşdirəcək yüksəkgərginlikli sualtı elektrik kabelinin çəkilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidentinin energetika məsələləri üzrə müşaviri El Nokraşi məlumat verib.
Qeyd edilib ki, “EuroAfrica İnterconnector” adlı bu layihənin dəyəri 4 milyard dollar olacaq. Belə ki, bu yaxınlarda Nil çayının deltasında, Burullus rayonunda elektrik stansiyanın inşasına başlanılacaq. Stansiyada istehsal olunacaq enerjinin yarısı 498 kilometr uzunluğu olan kabel vasitəsilə Kiprə ötürüləcək. Sonra isə elektrik enerjisi uzunluğu 879 kilometrlik olan kabel vasitəsilə Krit adasına otürüləcək, oradan 330 kilometrlik kabellə Avropaya paylanacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]