CÜMHURİYYƏT - 100


Misirin “Əl-Əhram” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub

Qahirə, 20 sentyabr, AZƏRTAC

Misir Ərəb Respublikasının geniş oxucu kütləsinə malik “Əl-Əhram” qəzetində Hala Əhməd Zəkinin “Bakı - 100 il bundan öncə həyata keçirilmiş arzunun hekayəsi” adlı məqaləsi dərc edilib.

Müəllif Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti, həmçinin ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi önəmi barədə məlumat verir, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika (1918-1920) olduğunu, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verdiyini, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə çatdırır.

Daha sonra müəllif müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil mətbuatın formalaşması, AXC-nin xarici siyasəti, Paris Sülh Konfransı, dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması və həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə söz açır.

Məqalədə Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsi, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycanın hərbi gücünün artırılması, xarici siyasətin uğurları, atəşkəsin elan olunması, “Əsrin müqaviləsi”nın imzalanması, ölkə iqtisadiyyatının dirçəlməsi və sair məsələlərə toxunulur.

Məqaləsinin sonunda müəllif sentyabrın 9-da Misir Ərəb Respublikasının “Hivar” (Dialoq) Siyasi Araşdırmalar və Media Mərkəzində Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatından bəhs edir, buradakı çıxışlardan sitatlar gətirilir.

Asya Hacızadə

AZƏERTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.