DÜNYA
Misirin Apelyasiya Məhkəməsi Məhəmməd Mursi barədə ömürlük həbs cəzasını təsdiqləyib
Qahirə, 16 sentyabr, AZƏRTAC
Misir KİV-lərinin yaydığı məlumata görə, Qahirədə Apelyasiya Məhkəməsi Qətərin xeyrinə casusluğa görə azadlıqdan ömürlük məhrum edilən sabiq prezident Məhəmməd Mursi barədə hökmü qüvvədə saxlayıb.
AZƏRTAC xəbər verir ki, məhkəmə, həmçinin bu iş üzrə Misirin sabiq prezidentinin üç tərəfdarı barədə ölüm hökmünü təsdiqləyib. Bu cinayət işində Məhəmməd Mursi daxil olmaqla ümumilikdə 11 nəfərin adı keçib. Onlardan üçünü qiyabi mühakimə ediblər.
Sabiq prezident və Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatından olan tərəfdarları Mursi hakimiyyətdə olarkən dövləti zəiflətmək məqsədilə ölkənin xüsusi xidmət orqanlarına və ordusuna aid məxfi sənədləri toplamaqda və Qətər kəşfiyyatına ötürməkdə ittiham ediliblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]