DÜNYA
Misirin İslam Araşdırmaları Mərkəzi: İŞİD varlı gəncləri sıralarına cəlb edir
Qahirə, 12 iyul, AZƏRTAC
İŞİD varlı gəncləri öz sıralarına cəlb edir. AZƏRTAC xəbər verir ki, bu barədə Misirin “Dar əl-Ifta” İslam Araşdırmaları və Fətva Mərkəzi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, İŞİD həmin gənclərdən kriptovalyuta ilə böyük məbləğdə ianələr toplayır. Mərkəz xəbərdarlıq edib ki, terrorçular varlılara “vahid İslam dövləti” qurulması yolunda maliyyə vəsaiti ayırmaları üçün çağırışlar edir. “Təəssüf doğuran hal ondan ibarətdir ki, yüksək təhsil görmüş bəzi gənclər bu təxribata aldanırlar”, - deyə bəyanatda vurğulanır.
1895-ci ildən fəaliyyət göstərən İslam Araşdırmaları və Fətva Mərkəzi iki ildir ki, İŞİD-in ideoloji dayaqları ilə bağlı tədqiqat aparır. Misirin İlahiyyat Nazirliyi də terrorizmə və ekstremizmə qarşı ideoloji mübarizəni gücləndirib. Prezident Əbdülfəttah əl-Sisi gənclərin ekstremizmə və terrorçuluğa qarşı mübarizədə maarifləndirilməsi işini diqqət mərkəzində saxlayır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]