SİYASƏT


Misirin ən nüfuzlu qəzeti Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasından yazıb

Qahirə, 25 noyabr, AZƏRTAC

Misirin ən nüfuzlu qəzeti olan “Əl-Əhram” Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması haqqında geniş xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, qəzetin saytında yerləşdirilmiş xəbərdə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Kəlbəcər rayonunun əsl sahibinə - Azərbaycana qaytarıldığı qeyd olunur. Bildirilir ki, noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinə əsasən, Azərbaycan Ordusu noyabrın 15-də bu əraziyə daxil olmalı idi, lakin humanizm prinsipindən çıxış edən rəsmi Bakı ermənilərə işğal etdikləri rayonu boşaltmaq üçün daha 10 gün vaxt verib.

Xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntüləri yaydığı qeyd edilir. Vurğulanır ki, bundan əvvəl Azərbaycan Ordusu ermənilərin kapitulyasiyasının şərtlərinə əsasən boşaldılan Ağdam rayonuna da daxil olub. Həmçinin vurğulanıb ki, ermənilər tərk etdikləri Kəlbəcərdə evləri və meşələri yandırıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.