DÜNYA


Misirin hərbi məhkəməsi 58 nəfəri ömürlük həbs cəzasına məhkum edib

Qahirə, 27 iyul, AZƏRTAC

Misirin Əsyut şəhərinin hərbi məhkəməsi bu ölkədə qadağan edilmiş “Müsəlman qardaşlar” Assosiasiyasının 58 tərəfdarını ömürlük həbs cəzasına, daha 12 nəfəri 7 ildən 15 ilə qədər müxtəlif müddətə həbs cəzalarına məhkum edib.

Onlar 2013-cü ildə Əl-Minya əyalətinin şimalında Maqaqa şəhərində polis məntəqəsinə hücum etməkdə, zorakılığa və iğtişaşlara təhrik etməkdə, nümayişə çağırmaqda, ictimai, hökumət və polis idarələrinə hücum etməkdə ittiham olunublar.

2013-cü ilin yayında Misirin sabit prezidenti Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılandan və onun Qahirənin mərkəzində Rabia Al-Adaviya və Al-Nahta meydanlarına toplaşaraq devrilmiş prezidentin geri qaytarılması tələbləri ilə çıxış edən tərəfdarları polis tərəfindən qovulandan sonra “Müsəlman qardaşlar”ın bir qrup tərəfdarı Maqaqa şəhərinin polis məntəqəsinə hücum edib və bir sıra digər cinayətlər törədib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.