İDMAN
Misirin idman naziri futbol üzrə milli komandanın baş məşqçisinin istefaya göndəriləcəyi barədə xəbərləri təkzib edib
Qahirə, 21 iyun, AZƏRTAC
Misirin gənclər və idman naziri Əşrəf Sübhi futbol üzrə milli komandanın baş məşqçisi, argentinalı mütəxəssis Ektor Kuperin istefaya göndəriləcəyi barədə KİV-lərdə yayılan xəbərləri təkzib edib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, “Extra News” telekanalına müsahibə verən nazir bu barədə danışarkən futbol üzrə dünya çempionatının hələ davam etdiyini bildirib və hadisələri qabaqlamamağı tövsiyə edib.
Misir millisi çempionatın qrup mərhələsində sonuncu oyununu iyunun 25-də Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək. Həmin görüş Volqoqradda oynanılacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]