SİYASƏT
Misirin internet saytları birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumat yayıb
Məlumatda sərgidə dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçilərinin, bir sıra ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin iştirak etdiyi bildirilib.
Həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü qeyd edilib. Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən birinin məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olduğu vurğulanıb.
Xəbərlərdə “ADEX 2014” sərgisində dünyanın 34 ölkəsindən 200 şirkətin və rəsmi nümayəndə heyətinin iştirak etməsi də yer alıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə