DÜNYA
Misirin qadın naziri COVID-19-a yoluxub
Qahirə, 22 fevral, AZƏRTAC
Misirin Ticarət və Sənaye Nazirliyinin mətbuat xidməti nazir Nevin Gameanın COVID-19-a yoluxduğu və öz fəaliyyətini evdən davam etdirəcəyi barədə məlumat yayıb.
Qadın nazirin səhhətinin yaxşı olduğu və yaxın həftələrdə işə çıxacağı bildirilir. Nevin Gamea hökumətin ən mühüm layihələrinin təşəbbüskarı və icraçısıdır.
Misirdə hər gün COVID-19-a orta hesabla 600 yoluxma və 60 ölüm faktı qeydə alınır. İndiyədək bu ölkədə yeni növ koronavirusa 178 min 500 insan yoluxub, 10 min 353 nəfər isə həyatını itirib. Misirin səhiyyə naziri Halə Zayid bu həftədən etibarən COVID-19 əleyhinə peyvəndləmə kampaniyasının başlandığını elan edib. Onun sözlərinə görə, artıq müxtəlif şirkətlərdən 100 milyon doza peyvənd sifariş edilib. Sifariş olunan AstraZeneca, Sinopharm və Sputnik-V peyvəndlərinin bir hissəsi Misirə gətirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]