DÜNYA


Misirin sabiq ədliyyə naziri həbs olunub

Qahirə, 6 dekabr, AZƏRTAC

Məhəmməd Mursinin prezidentliyi dövründə Misirin ədliyyə naziri olmuş Əhməd Süleyman terror təşkilatına mənsub olmaqda və “Müsəlman qardaşlar” qrupunun maraqları üçün yalan məlumatlar yaymaqda ittiham edilərək həbs olunub. 

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, sabiq nazir Misirin Dövlət Təhlükəsizliyi Prokurorluğunun göstərişi ilə Əl-Minya əyalətindəki evində həbs olunub və Qahirəyə gətirilib.

Prokurorluğun məlumatına görə, Ə.Süleyman terror təşkilatının konstitusiyaya zidd və dövlət orqanlarının fəaliyyətinə mane olmaq, həmçinin ölkədəki siyasi və iqtisadi vəziyyətlə bağlı yalan informasiya yaymaq üzrə fəaliyyətində iştirak edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.