DÜNYA


Misirin turizm sektoru inkişaf edir

Qahirə, 21 mart, AZƏRTAC

Misir Şimali Afrikanın ən sürətli inkişaf edən ölkəsi kimi tanınıb və 2019-cu ildə bu ölkədə turizmin inkişafının daha da sürətlə artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Turizm və Səyahətlər Şurasının (WTTC) tədqiqatlarına əsasən, 2018-ci ildə Misirin turizm sektoru 16,5 faiz artıb. WTTC mütəxəssislərinin rəyinə görə, Misirin turizm sahəsinin bərpası ölkədə təhlükəsizlik infrastrukturunun yaxşılaşması ilə bağlıdır. Bu sahədə hökumətin həyata keçirdiyi tədbirlər xarici turistlərin etibarının qaytarılmasına kömək edib və Avropa turist şirkətlərinə tanınmış dəniz kurortlarında, əsasən Şarm əl-Şeyxdə, fəaliyyətlərinin bərpa edilməsinə təsir göstərib.

WTTC-in məlumatına görə, 2018-ci ildə turizm sahəsinin ümumi daxili məhsulundakı payı 11,9 faiz ( 29,6 milyard dollar) təşkil edib. Misirin turizm sahəsi ölkə əhalisini 2,5 milyon iş yeri ilə təmin edir. Təşkilatın hesabatında həmçinin qeyd olunur ki, keçən il Misirə ən çox turistlər Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İtaliyadan gəlib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.