DÜNYA


Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul ediblər

Qahirə, 7 avqust, AZƏRTAC

İsrail və Fələstin bu gün axşamdan etibarən atəşkəsin bərqərar olmasına dair Misirin təklifini qəbul ediblər. Üç gün davam edən qarşılıqlı raket hücumlarından sonra tərəflər yerli vaxtla saat 20:00-dan atəşin dayandırılması barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin xüsusi elçisi avqustun 6-7-də Təl-Əviv və Qəzzada danışıqlar aparıb. “Əl Əhram” qəzetinin məlumatına görə, İsrail, həmçinin hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifini də qəbul edib.

Ötən ilin mayında da İsrail və Fələstin arasında 11 gün davam edən raket hücumlarına Misirin vasitəçiliyi ilə son qoyulmuşdu.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.