DÜNYA
Misirin yeni inzibati paytaxtı Yaxın Şərqin ən böyük “ağıllı şəhər”i elan edilib
Qahirə, 20 fevral, AZƏRTAC
Ərəb Parlamentinin Qahirədə keçirilən 4-cü konfransında Misirin yeni inzibati paytaxtı Yaxın Şərqin ən böyük “ağıllı şəhər”i elan edilib.
AZƏRTAC xəbər verir ki, Ərəb Parlamentinin spikeri Adil Bin Əbdülrəhman Əl-Asumi “Ən uğurlu ərəb layihəsi” və “Ən böyük “ağıllı şəhər” mükafatlarını Misir parlamentinin sədri Hənəfi əl-Cəbaliyə təqdim edib.
Konfransda yeni inzibati paytaxt haqqında məlumat verilib. Vurğulanıb ki, Qahirə ilə Süveyş arasında yerləşən bu möhtəşəm şəhərdə 34 inzibati bina, həmçinin 6,5 milyon nəfər üçün yaşayış binalarının tikintisi davam edir.
Ərəb Parlamenti Birləşmiş Ərəb Əmirliklərinin “Hope Probe” Mars missiyası və Səudiyyə Ərəbistanının “Yaşıl Yaxın Şərq” (NEOM) layihələrini də 2021-ci ilin ən uğurlu layihələri elan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]