DÜNYA


Misirlə Türkiyə arasında danışıqların ilk mərhələsi başa çatıb

Qahirə, 7 may, AZƏRTAC

Qahirədə Misir və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşdırılmasına dair danışıqların ilk mərhələsi başa çatıb.

AZƏRTAC Misir Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər. Misir və Türkiyə xarici işlər nazirlərinin müavinləri Hamdi Loza və Sədat Önalın imzaladıqları bəyanatda vurğulanıb ki, müzakirələr səmimi şəraitdə keçib. Qahirə və Ankara ikitərəfli münasibətlər, həmçinin bir sıra regional məsələlər, xüsusən Suriya və İraqdakı vəziyyət, Şərqi Aralıq dənizi regionunda sülh və təhlükəsizliyə nail olunması ətrafında fikir mübadiləsi aparıblar.

Misirlə Türkiyə arasında əlaqələr 2013-cü ildə Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra pisləşib. Son aylar Ankara Qahirə ilə əlaqələrin normallaşması istiqamətində müxtəlif səviyyələrdə müsbət bəyanatlar səsləndirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.