SİYASƏT
Misirli baş redaktor: Bayraq Günündə Azərbaycan bayrağı Şuşada dalğalanır
Qahirə, 9 noyabr, AZƏRTAC
Azərbaycanın əziz bayramı – Bayraq Günündə Şuşada dalğalanan dövlət bayrağı igid azərbaycanlı əsgərlərin Ermənistan silahlı qüvvələri üzərində parlaq qələbəsinin rəmzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, Misirin “Aldiplomasy” internet portalının baş redaktoru Əşrəf Əbo Urafənin məqaləsi bu sözlərlə başlayır.
Misirli jurnalist qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında ən mühüm qələbəsi məhz Bayraq Gününə təsadüf edib. 2009-cu il noyabrın 18-də Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən bu əlamətdar bayram bu il işğal altındakı ərazilərin azad olunması və dövlət bayrağının Şuşa şəhərində dalğalanması fonunda qeyd edilir.
Müəllif yazır ki, paytaxt Bakıda və Azərbaycanın digər şəhərlərində insanlar küçələrə çıxaraq Müzəffər Ali Baş Komandanı və Azərbaycan Ordusunun qələbələrini alqışlayıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə