MƏDƏNİYYƏT
Misirli diplomat: Şopinq Festivalı yerli məhsulların istehsalını artırmaq imkanı yaradır
Bakı, 21 oktyabr, AZƏRTAC
Bakı Şopinq Festivalı, şübhəsiz dünyanın bir çox ölkəsindən, xüsusilə qonşu dövlətlərdən Azərbaycana turistlərin cəlb edilməsi üçün mühüm fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi deyib.
Onun fikrincə, bu festival yalnız əcnəbi vətəndaşları və turistləri cəlb etmək deyil, həm də ölkə vətəndaşlarını alış-verişə həvəsləndirmək, yerli məhsulların istehsalını artırmaq imkanı yaradır. Təsadüfi deyil ki, birinci Bakı Şopinq Festivalının əldə etdiyi böyük uğurdan sonra ikinci festivala qoşulan şirkət və brendlərin sayı xeyli artıb: “Festivalın gedişində alış-veriş mərkəzlərinə böyük axının şahidi oluruq. Şübhəsiz ki, bu təcrübə yüksək qiymətləndirilməlidir və ənənənin davamlı olmasını
arzulayırıq”.