İDMAN


Misirli gimnast: Bakıda dünya kuboku yarışları yüksək səviyyədə təşkil olunub

Bakı, 7 may, AZƏRTAC

Milli Gimnastika Arenasında üçüncü dəfədir çıxış edirəm. Dünya kuboku yarışları burada yüksək səviyyədə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya kuboku yarışlarında çıxış edən Misir təmsilçisi Habiba Marzuk deyib.

Dəfələrlə Afrika çempionatının qalibi olmuş gimnast bildirib: “Bakıda dəfələrlə çıxış etməyimə baxmayaraq, hər dəfə Milli Gimnastika Arenasında xalça üzərinə çıxanda həyəcan hissi keçirirəm. Azərbaycan Gimnastika Federasiya yarış iştirakçıları üçün hər cür şərait yaradıb. Bu mükəmməl şəraitə görə federasiyaya təşəkkürümü bildirirəm”.

Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandalarının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Azərbaycanı yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də sonuncu Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xal toplayan gimnasta və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.