MƏDƏNİYYƏT


Misirli ifaçı: Şuşada keçirilən bu möhtəşəm festivalda çıxış etmək mənim üçün böyük şərəfdir

Şuşa, 14 may, AZƏRTAC

İlk dəfədir Azərbaycana səfər edirəm. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən bu möhtəşəm festivalda çıxış etmək mənim üçün böyük şərəfdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı misirli ifaçı Hamza Namira deyib.

“Festival zamanı xüsusilə Şuşanın gözəlliyinə və burada səslənən Azərbaycan musiqisinə heyran oldum. Ölkənizin mədəniyyəti və musiqisi barədə daha çox məlumat almaq istəyirəm. Mənim festivaldakı ifam dünyanın müxtəlif ölkələri arasında sülhün, sabitliyin, qarşılıqlı anlaşmanın təmin olunmasına bir mesaj idi. Musiqinin ərəb dilində olmasına baxmayaraq inanıram ki, festival iştirakçıları bu musiqinin ötürdüyü hissi və mesajı başa düşdülər”,- deyə ifaçı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.