SİYASƏT


Misirli professor: Azərbaycanın tarixi Qələbəsi 30 il əvvəl işğal edilmiş torpaqlara qayıdış hüququnun bərpa olunmasıdır

Qahirə, 10 noyabr, AZƏRTAC

Mən Azərbaycan Prezidenti İlham Əliyevi, doğma Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edirəm. Bu qələbə azərbaycanlıların Ermənistan tərəfindən 30 il əvvəl işğal olunmuş torpaqlara qayıdış hüququnun bərpasıdır.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Misirin Həlvan Universitetinin professoru, politoloq Adel Dərviş söyləyib.

O bildirib: “Mən hələ iyulda sizə verdiyim müsahibədə qeyd etmişdim ki, hərbi təxribatlara əl atan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Onu da bildirmişdim ki, COVID-19 pandemiyası dövründə dərin böhran keçirən Ermənistanın baş naziri bu təxribatlarla öz xalqının diqqətini yayındırmaq istəyir. Lakin hər şeyin sonu olduğu kimi, bu təhlükəli oyunların da axırı gəlməli idi. Ermənistanın sentyabrın 27-də hərbi təxribatından sonra başlayan döyüşlər işğalçı ölkənin təslim olması ilə başa çatdı. Mən Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərlərinin, 300-dən çox yaşayış məntəqəsinin cəmi 40 gün ərzində işğaldan azad edilməsini böyük hərbi zəfər hesab edirəm. Ümidvaram ki, Dağlıq Qarabağda nəhayət ki, sülh və təhlükəsizlik bərqərar olacaq. Doğma Azərbaycan xalqına öz torpaqlarında sülh və əmin-amanlıq arzu edirəm”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.