MƏDƏNİYYƏT


“Miskin Abdal və Səfəvilər” kitabı işıq üzü görüb

Bakı, 7 dekabr, AZƏRTAC 

Tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Niftalı Göyçəlinin aşıq poeziyasının görkəmli nümayəndəsi Miskin Abdala həsr olunan “Miskin Abdal və Səfəvilər” kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, nəşrdə Miskin Abdalın şeirləri, Miskin Abdal və Sənubər” dastanı, aşığın yaradıcılığının yorulmadan tədqiqatçısı olan və onun oğlu Şadmanın nəslinin davamçısı Tofiq Hüseynzadənin “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsərindən seçmələr, tədqiqatçı Niftalı Göyçəli tərəfindən əldə olunmuş, ilk dəfə nəşr edilən “Billir Zəvvar” şeiri, “Dağlar” gəraylısı yer alıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktoru, tədqiqatçı-jurnalist Mahmud Əyyublu, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Qüdrət Umudov və Tacir Qurbanovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.