İDMAN


Misli Premyer Liqasında III turun oyun cədvəli məlum olub

Bakı, 13 avqust, AZƏRTAC

Misli Premyer Liqasında III turun oyun cədvəli məlum olub.

AZƏRTAC xəbər verir ki, görüşlər üç günü əhatə edəcək.

Birinci turun açılış matçı avqustun 19-da “Şamaxı” – “Səbail” komandaları arasında olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da başlayacaq. Avqustun 20-də “Sabah” öz meydanında “Neftçi”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək matç saat 20:30-da başlayacaq.

“Kəpəz” – “Qəbələ” komandaları arasında matç isə avqustun 21-də təşkil olunacaq. Oyuna Qəbələ şəhər stadionunda saat 18:00-da start veriləcək.

Tura “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Sumqayıt”ın oyunu ilə yekun vurulacaq. Oyunun startı 20:30-da veriləcək.

Qeyd edək ki, Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.

Xatırladaq ki, “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.