İQTİSADİYYAT


“Mişovdağ” və “Kəlaməddin” yataqları üzrə bu il Neft Fonduna daxilolmaların 0,619 milyon dollar olacağı gözlənilir

Bakı, 25 yanvar, AZƏRTAC

Cari ildə Azərbaycanın qurudakı “Mişovdağ” və “Kəlaməddin” yataqlarından hasilatın ümumilikdə 0,0115 milyon barrel təşkil etməklə Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların 0,619 milyon dollar olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, “Mişovdağ” və “Kəlaməddin” yataqlarında neft hasilatında 5 faiz azalmanın yaranmasına səbəb yataqların uzun müddət istismarda olduğundan yaranan təbii düşmə tempidir.

Qeyd edək ki, “Mişovdağ” yatağı Bakıdan 80 kilometr cənub-qərbdə yerləşir və 1956-cı ildən işlənməyə daxil edilib. “Kəlaməddin” yatağı isə Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə işlənməyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.