MƏDƏNİYYƏT


“Miss Civilization of The World-2012” gözəllik müsabiqəsinin final mərasimi Bakıda keçiriləcəkdir

Bakı, 28 avqust (AZƏRTAC). Sentyabrın 22-də “Miss Civilization of the World-2012” mədəniyyətlər gözəli müsabiqəsinin final mərhələsi Bakıda keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 28-də keçirilən mətbuat konfransında məlumat verilmişdir.

Müsabiqənin təşkilatçısı “CFC Organization”un rəhbəri Kamal Cenk İçten bildirmişdir ki, Azərbaycanda keçiriləcək gözəllik yarışmasının final mərhələsində 24 ölkəni təmsil edən gənc xanımlar iştirak edəcəklər.

Yarışmanın proqramına əsasən hər bir ölkənin təmsilçisi öz milli, daha sonra Azərbaycanın milli geyimlərində, “Sarı gəlin” mahnısının sədaları altında səhnəyə çıxacaqdır. Növbəti günlər isə gecə libası, gəlinlik və idman geyimləri nümayiş olunacaqdır.

Təşkilatçı, həmçinin qeyd etmişdir ki, müsabiqənin final mərhələsi çərçivəsində Bakıya gələcək qonaqlar üçün ölkəmizin gəzməli-görməli yerlərinə turlar təşkil ediləcəkdir.

Münsiflər heyətinin yekdil qərarı ilə ölkəmizi bu yarışmada Aytac Ağacanova təmsil edəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.