Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mixael Kindsqrab: Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş iqtisadi əlaqələr qurmayıb

Mixael Kindsqrab: Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş iqtisadi əlaqələr qurmayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ili tamam olur. Siz iki ölkənin münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Almaniya-Azərbaycan münasibətləri intensiv inkişaf edir. Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü, məsələn, onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. 25 illik müddət xalqlar və dövlətlər üçün bir tərəfdən uzun, digər tərəfdən isə çox qısa bir zamandır. Hesab edirəm ki, biz - almanlar və azərbaycanlılar bu qısa zaman ərzində nail olduqlarımızla, əməkdaşlığımızın səviyyəsi ilə fəxr edə bilərik. Bu gün mən tərəfdaşlıgımızın növbəti 25 ilinə böyük ümidlə baxıram.

- Cənab səfir, sizcə, mədəniyyət və iqtisadiyyat sahələrində Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsi üçün daha nə kimi potensial var?

- Səfir kimi fəaliyyətə başlayarkən insanların burada alman dilinə və bizim mədəniyyətimizə olan böyük marağı mənim üçün sürpriz oldu. Azərbaycan əhalisi dinamik şəkildə artan gənc bir ölkədir. Məhz burada əlaqələrimizin daha da inkişafı üçün saysız-hesabsız imkanlar mövcuddur. Biz gənclər arasında mübadiləni bunda sonra da təşviq etmək istəyirik. Bu məsələ ilə bağlı mən təkcə DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) uğurlu təqaüd proqramları və kurslarını nəzərdə tutmuram. Mənim üçün xüsusilə sevindirici haldır ki, Höte İnstitutu burada – Bakıda öz mərkəzini açacaq. Həmin mərkəz alman mədəni həyatının geniş spektrini Nizami Gəncəvinin ölkəsinə gətirəcək.

2017-ci ilin əvvəlində hökumət tərəfindən irəli sürülən yol xəritəsində göstərildiyi kimi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, mənim fikrimcə, Azərbaycanın neft qiyməti ilə şərtlənən iqtisadi böhran fonunda tam düzgün addımdır. Alman şirkətləri bu səylərin uğuruna töhfə vermək üçün çox yaxşı mövqe tutublar. Kiçik və orta müəssisələr alman iqtisadiyyatının onurğa sütununu təşkil edirlər. Texnoloji cəhətdən yüksək innovativ və eləcə də müasir olduğu qədər də sosial əsaslarla idarə olunan bu müəssisələr müxtəlif sahələrdə dünya bazarlarının aparıcı şirkətləridir. Təbii ki, hər bir şirkət xaricdə investisiya yatırarkən bundan irəli gələn xərcləri və riskləri həmişə nəzərə alır. İnvestisiya təhlükəsizliyi, bürokratik maneələr, hüquq sistemi kimi aspektlərə bu zaman xüsusi diqqət yetirilir. Bu sahələrdə islahatlar alman investorları və ticarət tərəfdaşları üçün məxaric-mənfəət hesabını Azərbaycanın xeyrinə dəyişə bilər. Gömrük qaydalarının sadələşdirilməsi, müəssisələrdə yoxlamaların azaldılması və aqrar sektora yeni yanaşma fonunda artıq bir sıra mühüm addımlar atılıb. Bu uğurlar davam etdirilə bilər və etdirilməlidir.

- Azərbaycanın təbii zənginliyə və mədəniyyətinin müxtəlifliyinə baxmayaraq, buraya səfər edən alman turistlərin sayı heç də çox deyil. Sizcə, Almaniya tərəfi Azərbaycana turist axınının gücləndirilməsi üçün nə kimi imkanlara malikdir?

- Azərbaycan cəlbedici səyahət ölkəsidir və bu barədə artıq Almaniyada da danışılır. Rastıma çıxan və Azərbaycana ilk dəfə səfər edən şəxslər Bakının gözəlliyinə və ölkənin rəngarəngliyinə heyran olduqlarını deyirlər.

2017-ci ilin ilk yarısında Odlar Yurduna səfər edən alman turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə üçdəbir dəfə artıb. Buna baxmayaraq, təbii ki, mövcud potensialdan hələ heç də tam istifadə olunmayıb və buna görə də mənim üçün sevindirici haldır ki, Azərbaycan öz turizm infrastrukturunun yaxşılaşdırılması işini davam etdirir. Bilirəm ki, 2015-2016-cı ilin qışında ölkə valyutasının güclü və qəfil devalvasiyası nəticəsində bir sıra iqtisadi problemlər yarandı. Lakin bu, eyni zamanda, əcnəbi turistlər üçün qiymətləri ciddi şəkildə aşağı saldı və həmin vaxta qədər bahalı olan Azərbaycanı qiymətcə münasib etdi. Ötən ilin sonunda elektron viza sisteminin tətbiqi ilə viza qaydalarının sadələşdirilməsi də ölkəni qonaqlar üçün daha cəlbedici edir.

- Almaniya azərbaycanlı diplomat və incəsənət xadimi Polad Bülbüloğlunun UNESCO-nun baş katibi vəzifəsinə namizədliyinə necə baxır?

- Almaniya UNESCO-nun rəhbəri postuna öz namizədini təqdim etməyib. Buna görə də biz bütün namizədləri çox diqqətlə nəzərdən keçiririk. İyun ayının sonunda cənab Bülbüloğlu dövlət naziri Bömerin dəvəti ilə Berlində Xarici İşlər Nazirliyində görüşdə oldu. Mənim şəxsi fikrimcə, Polad Bülbüloğlu maraqlı olduğu qədər də, rəğbətə layiq bir şəxsdir.

- Bakıda bütün dini təriqətlərə aid kilsə, sinaqoq və məscidlər var. Bir neçə il əvvəl şəhərin mərkəzində xristianlar üçün xüsusi bir kilsə inşa edildi. Müsəlman Azərbaycanında bərqərar olmuş bu dini tolerantlığı necə dəyərləndirirsiniz?

- Azərbaycanlıların ənənəvi etnik və dini tolerantlığı, əminliklə deyə bilərəm ki, bu ölkənin mühüm vizit kartıdır. Bakıya gəldiyim vaxtdan bəri çalışıram ki, hər ay Azərbaycanın regionlarından birinə səfər edim. Mən artıq 12 fərqli rayonda olmuşam və müxtəlif etnik, dini mənsubiyyətə malik insanların dinc və qarşılıqlı hörmətə əsaslanan birgə yaşam tərzi məni mütəəssir etdi. Sadəcə iki misal kimi etnik müxtəlifliyə malik Qusar rayonunu və Qubada dağ yəhudilərinin “Qırmızı qəsəbə” adlanan qəsəbəsini göstərə bilərəm. Həmçinin paytaxt Bakı da öz etnik-dini müxtəlifliyindən xüsusi bir güc və cazibə qüvvəsi alır.

Azərbaycanın qərbində vaxtilə almanların məskunlaşdığı regionlarda – bugünkü Göygöl, Şəmkir, Gədəbəy və Gəncədə dəfələrlə səfərdə olmuşam. Burada məskunlaşan almanlar Azərbaycan torpağına ilk dəfə 200 il bundan əvvəl ayaq basıblar. Əhalinin əksəriyyətini təşkil edən “müsəlmanlar” (o vaxt azərbaycanlıları daha çox belə adlandırırdılar) və alman-xristian gəlmələr arasında birgə yaşayış yaxşı və məhsuldar idi. Bu gün də – sovet mərkəzi orqanları tərəfindən alman əhalinin Azərbaycandan sürgün edilməsindən təxminən 70 il sonra azərbaycanlılar almanların Azərbaycandakı tarixini müsbət xatirələrlə yad edirlər.

- Dağlıq Qarabağ münaqişəsi fonunda törədilən Xocalı qırğınının 25-ci ildönümü tamam oldu. Bu müddətdə rəsmi Almaniya yalnız deputatlar Karin Ştrents və Yohannes Karın Alman-Cənubi Qafqaz Parlament Qrupunun sədri qismində yaydıqları “təəssüf və dərdə şərik olmaq jesti kimi” qəbul edilən press-relizlə kifayətləndi. Almaniya Xarici İşlər Nazirliyi həmin sənəddə əksini tapan “dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı”nın beynəlxalq hüququn “əsas prinsipləri” olması və “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (822, 853, 874, 884 nömrəli qətnamələr) əsasən […] ərazilərin Ermənistan tərəfindən işğalının […] beynəlxalq hüquqa zidd“ olmasına dair BMT mövqeyinə qoşulurmu?

- Dağlıq Qarabağ münaqişəsi məndə böyük narahatlıq doğurur. 1988-1994-cü illərdə Dağlıq Qarabağ regionunda baş vermiş kəskin qarşıdurmanın nəticəsi hələ də Cənubi Qafqaz regionu üçün yükdür və onun inkişafını əngəlləyir. Demək olar ki, hər həftə təmas xəttində yeni qurbanlar verilir, bütün bunlar mənə dondurulmuş münaqişədən çox, getdikcə böyüməkdə olan, özündə insan faciəsi və eskalasiya risklərini ehtiva edən münaqişə təsiri bağışlayır. Sizin sitat gətirdiyiniz press-relizdə vurğulanır ki, tarix və eləcə də hazırkı vəziyyət daxil olmaqla, münaqişə Almaniya Bundestaqını da narahat etməkdədir. Eyni fikri federal hökumət barəsində də demək olar. Hesab edirik ki, status-kvo belə davam edə bilməz – 2016-cı ilin aprelindəki eskalasiya bunu dramatik şəkildə nümayiş etdirdi – və münaqişənin sülh yolu ilə həlli üçün substantiv danışıqlara başlanılmasını tələb edirik.

- Almaniyanın xarici siyasəti BMT qətnamələrinin Ermənistandan öz qoşunlarını Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan çıxarmağa dair tələbini beynəlxalq səviyyədə dəstəkləyəcəkmi, əgər dəstəkləyəcəksə, bunu necə edəcək?

- Almaniya 1992-ci ildən münaqişədə vasitəçilik edən və yekun olaraq onun həllinə çalışan Minsk qrupunun üzvüdür və qrupun fəaliyyətini var gücü ilə dəstəkləyir. Çox vacibdir ki, məqbul olmayan status-kvonu dəyişmək üçün hər iki tərəf substantiv danışıqlara hazır olmalıdır. Biz ümid edirik ki, çox yaxın zamanda tərəflər arasında yeni yüksək səviyyəli danışıqlar baş tutacaq və orada konkret nəticələr əldə olunacaq.

- Nəhayət, sonuncu sual. Bakıda özünüzü rahat hiss edirsinizmi? Burada nələr daha çox ürəyinizcədir?

- Mən və ailəm özümüzü Bakıda və Azərbaycanda çox yaxşı hiss edirik. 2016-cı ildə biz Azərbaycan paytaxtına gələndə bizim buraya son və yeganə qısamüddətli səfərimizdən 15 il keçirdi. O vaxt biz Azərbaycana avtomobil ilə Tbilisidən gəlmişdik. Bir il bundan əvvəl həmin yolla geri dönərkən bizim üçün ən müsbət sürpriz bütün ölkədə infrastrukturun necə inkişaf etdiyini görmək oldu. Təbii ki, bir də Qafqazsayağı asudəlik, nəbzi urban həyatın Şərq ab-havası ilə döyünən Bakının gözəlliyi. Yayda Almaniyadan qonaqlarımız gələndə ilk axşam biz onlarla şəhərə və bulvara çıxırıq ki, oradakı ab-havadan zövq alaq. Bu bizə ev sahibliyi edən ölkə və onun insanları haqqında söhbətlərə giriş üçün həmişə uğurlu başlanğıc olur.

- Maraqlı və səmimi söhbət üçün sağ olun.

- Təşəkkür edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib