REGİONLAR


Mixail Boçarnikov: Astaranın çox gözəl mətbəxi var

Astara, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC

Bu, mənim Azərbaycanın cənub bölgəsinə ilk səfərimdir. Ona görə də bu yerlərin təbiəti, insanları, adət-ənənələri ilə tanış olmaq mənim üçün çox maraqlıdır.

Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Səfir deyib: “Əlbəttə, bütün Azərbaycan gözəldir. Ancaq ölkənin hər bir rayonunun özünəməxsus mədəniyyəti, adət-ənənələri və mətbəxi var.

Astaranın çox gözəl mətbəxi var. Burada gördüyüm qonaqpərvərlik məndə xoş təəssürat yaratdı. İnanıram ki, cənub bölgəsinin digər rayonlarına səyahətimiz də bizdə zəngin təəssüratlar yaradacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.