MƏDƏNİYYƏT


Mixail Boyarski və İvan Oxlobıstin “Lenfilm”in yeni komediyasında çəkilirlər

Bakı, 12 aprel, AZƏRTAC

Rusiyanın tanınmış aktyorları Mixail Boyarski və İvan Oxlobıstin “Lenfilm”in yeni kinokomediyasında çəkilişlərə başlayıblar. Filmin süjet xətti Sankt-Peterburqda qurulur.

AZƏRTAC xəbər verir ki, bu barədə tarixi Peterburq pavilyonlarındakı çəkiliş meydançasında söhbəti zamanı TASS agentliyinə filmin rejissoru Stanislav Mareev xəbər verib.

Onun dediyinə görə, Boyarski klubların birində musiqi ifa edən yaşlı rokçu qəhrəmanı canlandırır.

Qeyd edib ki, Boyarski və Sergey Şnurovun filmdə iştirakı daha öncə elan olunmuşdu və oynadıqları rollar isə məhz onlara uyğun yaradılıb.

Mareev etiraf edib ki, Şnurovla işləmək onun üçün çox rahatdır: “O, işinə həvəs və məsuliyyətlə yanaşır. Eşitməyi bacarır və bizim ondan istədiklərimizi yerinə yetirir”, - deyə əlavə edib.

Rejissor, həmçinin qeyd edib ki, artıq sentyabrda ekran əsəri tamaşaçılara göstəriləcək.

Xatırladaq ki, filmin çəkilişlərinə martın 25-də başlanılıb.

Fəaliyyətini 1914-cü ildən davam etdirən “Lenfilm” kinostudiyası Rusiyada ən qədim studiyalardan biridir. Burada “Çapayev”, “Hamlet”, “Müharibəsiz iyirmi gün” kimi filmlər çəkilib. Kinostudiya 2013-cü ildəki rekonstruksiyasından sonra özünün intibah dövrünü yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.