İDMAN


Mixail Malkin: Bəlkə də ehtiyatlı davranmasaydım birinci yeri tuta bilərdim

Bakı, 17 fevral, AZƏRTAC

Qalib gələn idmançı dünya göstəricisini müəyyənləşdirmiş olur. Heyf ki, bunu edə bilmədim.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində fevralın 17-də Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında gümüş medal qazanan Azərbaycan gimnastı Mixail Malkin deyib.

Avropa çempionumuz bildirib ki, medalı əldən verməmək üçün çox ehtiyatlı hərəkət edib: “Bəlkə də burada səhvə yol verdim. Lazım olan hərəkəti etsəydim, birinci yeri tuta bilərdim. Amma gümüş medal da yaxşı nəticədir. Ruhdan düşmürəm və gələcək yarışlarda bundan da yaxşı çıxış etməyə çalışacağam”.

“Yarışın təşkilatçılıq səviyyəsi və tamaşaçıların alqışları yüksək səviyyədə idi. Qarşıda bizi 3 Dünya Kuboku və noyabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatı gözləyir. Ümid edirəm ki, həmin yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəyəm”, - deyə M.Malkin əlavə edib.

Qeyd edək ki, Dünya Kuboku yarışlarının tamblinq yarışlarında Mixail Malkin gümüş medal qazanıb. Rusiyalı idmançılar Vadim Afanasyev yarışı birinci, Maksim Riabikov isə üçüncü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.