SİYASƏT


Mixail Mişustin: Rusiya Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır

Mixail Mişustin: Rusiya Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır

Moskva, 2 fevral, AZƏRTAC

Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində keçirilən Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı bildirib.

“Biz ənənəvi olaraq Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıyıq, Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin təmin edilməsini vacib hesab edirik”, - deyə M.Mişustin vurğulayıb. O əlavə edib ki, yeni nəqliyyat, infrastruktur marşrutlarının yaradılması region dövlətlərinin maraqlarına cavab verir.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.