DÜNYA


Mixail Podolyak: Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb

Mixail Podolyak: Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb

Kiyev, 25 may, AZƏRTAC

Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb. Bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak mətbuata açıqlamasında bildirib.

“Artıq bir neçə gündür əks-hücum başlayıb, sərhədin 1500 kilometrində gərgin müharibə gedir”, - deyə Podolyak əlavə edib.

Qərb silahlarının tədarükünə də münasibət bildirib Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək, onlardan yalnız zəbt olunmuş ərazilərin işğaldan azad edilməsi üçün istifadə edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.