MƏDƏNİYYƏT


Mixail Qusman: Azərbaycan və Rusiya tarixboyu böyük inkişaf yolu keçiblər VİDEO

Bakı, 24 yanvar, AZƏRTAC

Çox şadam ki, “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı mənim yubileyimə təsadüf edib. Tədbirin keçirilməsinə dəstək verdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə TASS informasiya agentliyinin direktorunun birinci müavini Mixail Qusman deyib.

Növbəti dəfə Bakıda olmasından, gördüyü yüksək səviyyəli qonaqpərvərlikdən məmnun olduğunu deyən Mixail Qusman konfransda dostluq və mehribanlıq ab-havası hökm sürdüyünü bildirib.

Mixail Qusman qeyd edib ki, Azərbaycan və Rusiya tarixboyu böyük inkişaf yolu keçiblər. Ulu öndər Heydər Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafına, xüsusilə də humanitar sahədə əməkdaşlığa böyük önəm verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.