DÜNYA
Mixail Qusman “BMT: XX əsrdən XXI əsrə” adlı sənədli film üzərində işləyir
Moskva, 27 oktyabr, AZƏRTAC
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “BMT: XX əsrdən XXI əsrə” adlı sənədli film üzərində işləyir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, film əsasən BMT-nin bir beynəlxalq təsisat kimi gələcəyi barədə fikir ayrılıqları mövzusuna həsr olunacaq.
M.Qusman deyib: “Biz BMT-nin aparıcı aktorları ilə bir sıra müsahibələr aparmağı nəzərdə tutmuşuq. Bu filmi BMT-nin bir beynəlxalq təsisat kimi gələcəyi barədə ziddiyyətli fikirlər əsasında qurmaq istəyirik və fikrimizcə, tarixin mənası müəyyən mənada bundan ibarətdir. Bizim fikrimizcə bu gün filmin əsas mövzusu mövqelərin ziddiyyəti məsələsidir”.
O qeyd edib ki, əvvəlcə bu filmi BMT-nin 75 illiyinə hazırlamaq nəzərdə tutulurdu, lakin pandemiya bu planları pozub. M.Qusman deyib: “Elə vəziyyət yaranıb ki, pandemiyadan sonrakı dünya barədə, həmçinin BMT-nin rolu barədə diskussiyalar kəskinləşib”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]