CƏMİYYƏT
Mixail Qusman və Rafael Hüseynov RF Jurnalistlər İttifaqının Moskva bölməsinin idarə heyətinə seçiliblər
Moskva, 1 fevral, AZƏRTAC
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Jurnalistlər İttifaqının (RJİ) katibi Rafael Hüseynov RF Jurnalistlər İttifaqının Moskva bölməsinin idarə heyətinə seçiliblər.
AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında Rusiya Jurnalistlər İttifaqının Moskva bölməsinin – Moskva Jurnalistlər İttifaqının (MJI) yaradılmasına həsr edilmiş təsis konfransı keçirilib. RJİ-nin Moskva bölməsinə “Moskovskiy komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev rəhbərlik edəcək.
RJİ Moskva bölməsinin idarə heyətinin tərkibinə Mixail Qusman, Aleksey Vişnevetski, Rafael Hüseynov, Nikolay Zyatkov, Aleksandr Kupriyanov, Leonid Lyovin, Vladimir Sunqorkin, Denis Tokarski, Vyaçeslav Umanovski və Vladislav Fronin daxil edilib.
RJİ-nin rəhbəri Vladimir Solovyov bildirib ki, Moskva Jurnalistlər İttifaqı özünün bütün hüquqlarını saxlamaqla müstəqil hüquqi şəxs qismində Rusiya Jurnalistlər İttifaqının tərkibinə daxil olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Moskva