Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mixail Zabelin: Heydər Əliyev ilə işləmək böyük məktəbdir VİDEO

Bakı, 27 oktyabr, AZƏRTAC

Heydər Əliyev həqiqətən dahi insan idi. Bu görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd olduğu dövrdə mənə onunla işləmək xoşbəxtliyi nəsib olub.

Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri, ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə onun referenti olmuş Mixail Zabelin bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Mixail Zabelin Azərbaycan xalqının ümummilli lideri ilə işlədiyi ilk illəri xatırlayaraq deyib: “O vaxt mən hələ cavan oğlan idim və belə miqyaslı şəxsiyyətlə ilk dəfə rastlaşırdım. Heydər Əliyev mənə çox güclü təsir bağışladı. Şübhəsiz, onun tələbkarlığı mənim işimə təsir göstərirdi. Heydər Əliyev ilə işləmək mənim üçün böyük məktəb idi. Ümumiyyətlə, onun iş rejimi heyranlıq doğururdu. O, səhər saat 10-un yarısında işə gəlir və axşamdan xeyli keçmiş işdən gedirdi. Səhər saat 10-da hökmən televiziya ilə səhər xəbərlərinə, axşam saat 22:00-da isə “Zaman” proqramına baxırdı. Yüksək dərəcəli rəhbər kimi o, vəziyyətdən xəbərdar olmaq üçün bu verilişlərə baxmalı idi. O gələnə qədər mən adətən mərkəzi və yerli mətbuatı – “Pravda”, “Selskaya jizn”, “Bakinski raboçi”, “Sovet kəndi” və başqa qəzetləri gözdən keçirirdim. Mərkəzi mətbuatda Azərbaycanla bağlı məqalələri və Azərbaycan qəzetlərindəki mühüm materialları qırmızı karandaşla qeyd edirdim. Heydər Əliyev Azərbaycanla, ölkədə baş verən mühüm hadisələrlə bağlı bütün materialları çox diqqətlə oxuyur, sonra MK katiblərinə, nazirlərə zəng vurur, həmin materiallarda ölkənin fəaliyyətinin bu və ya digər sahələrinə aid məqamları onlarla ətraflı təhlil edirdi.

Bəziləri deyirlər ki, Heydər Əliyev sərt adam idi, lakin onun sərtliyi həm özünə, həm də tabeliyində olanlara münasibətdə tələbkarlığında təzahür edirdi. Heydər Əliyev respublikanın rəhbəri vəzifəsinə seçiləndə Azərbaycan iqtisadi inkişafdan geri qalırdı, respublikada korrupsiya vardı. O, respublikanı dirçəltmək üçün bu vəzifəyə təyin edilmişdi. Azərbaycanın çox böyük imkanları, iqtisadi, insan və yaradıcı potensialı mövcud idi. Əlbəttə, çətinliklər çox idi, o cümlədən SSRİ rəhbərliyində də ona mane olmağa çalışan müxtəlif qruplar vardı. Lakin xalq ona çox böyük ümidlər bəsləyirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsini ümidlə qarşılayan, onun vəziyyəti düzəltməyə nail olacağına və respublikanın potensialını reallaşdıracağına inanan sakinlərdən çoxlu ərizələr daxil olurdu.

Heydər Əliyev respublikanın geridə qalmasında təqsirkar olanlara, nalayiq işlərlə özlərini ləkələyənlərə münasibətdə sərt və güzəştsiz idi. O, respublikaya rəhbərlik edənə qədər əvvəlcə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin birinci müavini, daha sonra sədr vəzifəsində işləmişdi, buna görə də bəzi korrupsion sxemlərin fəaliyyəti barədə zəngin informasiyaya malik idi və bu insanlara qarşı sözün hərfi mənasında döyüşməli olurdu”.

M.Zabelin xatırlayır ki, o vaxt Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, yeni müəssisələr, zavodlar, fabriklərin tikintisi birinci dərəcəli məsələlər idi. O deyib: “İstehsal güclərinin artırılması və sənayenin inkişafı əsasən Bakı şəhərinin payına düşürdü, regionlarda isə kənd təsərrüfatının inkişafı üçün fəal iş aparılırdı. Rayonların çoxu faraş məhsulları əsasən Moskvaya və Sankt-Peterburqa göndərirdi. Heydər Əliyev, xüsusən yay fəslində, may ayından başlayaraq, hər gün faraş meyvə-tərəvəz məhsullarının tədarükü barədə rayonlardan daxil olan bütün məlumatları diqqətlə oxuyurdu. Bu prosesi diqqətlə izləyirdi, çünki ondan əvvəl bu istiqamətlərdə daim çatışmazlıqlar olur, tez-tez lazımi həcmdə məhsul tədarük edilmirdi. Moskva işə bu yeni münasibəti yüksək qiymətləndirirdi. Heydər Əliyev Azərbaycanı yüksəltdi və respublika axırdan ikinci mövqedən qabaqcıllar sırasına çıxdı. O vaxt Azərbaycan faktiki olaraq özünü təmin edirdi”.

Heydər Əliyevin keçmiş referenti ümummilli liderin işgüzar keyfiyyətləri barədə söhbət açaraq onun qeyri-adi yaddaşa malik olmasını qeyd edib: “O, qonaqları, xarici nümayəndə heyətlərini qəbul edərkən onların ölkələrinin həyatı ilə bağlı elə faktlar göstərirdi ki, onlar özləri bu barədə az məlumatlı idilər. O, çoxlu mütaliə edir, böyük miqdarda ədəbiyyatla işləyirdi. Əla yaddaşı vardı. Buna görə bütün faktları yaddaşında saxlayırdı.

Heydər Əliyevin yorulmaz işi sayəsində respublika çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxdı. O vaxt Heydər Əliyev Azərbaycana və təbii ki, bütün sovet dövlətinə lazım olan çoxsaylı müəssisələrin tikintisinə razılıq əldə edə bilmişdi. Həmin dövrdə Azərbaycanda Kondisionerlər Zavodu, elektronika üzrə müxtəlif müəssisələr yaradıldı. Respublika sürətlə inkişaf edirdi. Məhz bu səbəbdən Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi”.

Mixail Zabelin deyir ki, Heydər Əliyev incə qəlbli, lakin işdə çox tələbkar adam idi: “O, rəhbər işçilərdən kimisə vəzifədən azad etməyə məcbur olanda səmimi qəlbdən acıyırdı. Həmin adamı yanına çağırır, onunla uzun müddət söhbət edir, hər şeyi başa salırdı və həmin adam özü etiraf edirdi ki, ona həvalə olunmuş vəzifənin öhdəsindən gələ bilməyib. Bir nəfərin vəzifəyə təyin edilməsi üçün ona tövsiyələr veriləndə isə o, həmin təqdimatı uzun müddət özündə saxlayır, namizədin fəaliyyətini diqqətlə müşahidə edir və yalnız bundan sonra qərar qəbul edirdi”.

Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyinat alanda Moskvada işləməyə necə hazırlaşması barədə söhbət açan Mixail Zabelin deyib: “O vaxt mənə tapşırdı ki, onun kuratorluq etməli olduğu sahələr - maşınqayırma, yüngül sənaye, mədəniyyət və təhsil sahələri barədə kitablar seçim. O bir siyahı verdi, mən kitabxanada həmin kitabları axtarıb tapdım və üç böyük qutu kitabı onun kabinetinə apardılar. Heydər Əliyev daim mütaliə edirdi. Bu kitabları mənə qaytaranda gördüm ki, karandaşla çoxlu qeydlər edilib. Deməli, o həmin kitabları sadəcə vərəqləmir, diqqətlə oxuyurdu. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin ediləndən sonra işə başlamazdan əvvəl Heydər Əliyev bir çox alimlərlə, müvafiq sahələrin rəhbərləri ilə görüşlər keçirdi. O, öz erudisiyası, geniş dünyagörüşü, incə detalları bilməsi, vəziyyətə tam bələd olması ilə onlara çox güclü təsir bağışladı”.

Mixail Zabelin Heydər Əliyevin keçirdiyi və müəyyən aktual problemlərin həlli, layihələrin reallaşması ilə başa çatan çoxsaylı görüşlər və müşavirələr barədə danışarkən təəssüfləndiyini bildirdi ki, Heydər Əliyevin nəzərdə tutduğu proqramların biri reallaşdırılmayıb. M.Zabelin deyir: “Bu, Bakının inkişafı proqramıdır. 1980-ci illərin əvvəlində Bakıya müəyyən status verilməli idi və Sov.İKP MK Siyasi Bürosu bu şəhərin inkişafı – yeni sənaye obyektlərinin tikintisi, kanalizasiya sisteminin yenidən qurulması, digər mühüm obyektlərin yaradılması üçün böyük məbləğdə vəsait ayrılmalı idi. SSRİ rəhbərliyi dəyişdi, bu layihənin icrası süründürməçiliyə salındı, Qorbaçovun dövründə isə ona ümumiyyətlə fikir verilmədi. Əgər bu layihə qəbul edilsəydi, bu, Bakı şəhəri üçün çox böyük kömək olardı”.

Mixail Zabelin Yeni Azərbaycan Partiyasının və Azərbaycanın Rus İcmasının necə yaradılmasını xatırlayaraq dedi: “Tezliklə Yeni Azərbaycan Partiyasının 30 illiyini qeyd edəcəyik. O vaxt Heydər Əliyev Naxçıvanda işləyirdi. Biz onunla zəngləşir, partiyanın Nizamnaməsini hazırlayırdıq. Layihədə biz partiyanı “Tərəqqi partiyası” adlandırmışdıq. Bu layihəni Heydər Əliyevə göndərdik. O, həmin adın üstündən xətt çəkdi və əvəzinə “Yeni Azərbaycan Partiyası” yazdı, Nizamnamədə bəzi dəyişikliklər etdi. Həmin dövrdə bir növ gizli şəraitdə fəaliyyət göstərən partiya belə yaradıldı. Partiyanın birinci qurultayı keçiriləndə mən Naxçıvana gedə bilmədim, amma onun sıralarına daxil oldum. Sonradan Heydər Əliyev Bakıya qayıdanda mənə bu partiyanın yaradılmasının iştirakçılarından biri kimi 6 nömrəli partiya biletini təqdim etdi.

1992-ci ildə bir dəfə Heydər Əliyev mənə zəng vurdu və dedi: “Mixail, bu nədir, sən Azərbaycanda Rus İcması yaradırsan, məgər biz vahid Azərbaycan xalqı deyilik?!”. Biz icmanı heç cür qeydiyyata aldıra bilmirdik - Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxt idi, buna maneçilik törədilirdi. Biz Rus İcmasını yalnız 1993-cü ilin may ayında qeydiyyata aldırdıq. Mən ona dedim: “Heydər Əliyeviç, siz ki hakimiyyətdə kimlərin olduğunu bilirsiniz, rusların çoxu getmək istəyir, bundan sonra necə yaşayacaqlarını, onların uşaqlarının necə yaşayacaqlarını bilmirlər, rus dilinə və rus mədəniyyətinə münasibət dəyişir”. O dedi: “Yaxşı, səninlə razıyam”.

Azərbaycan xalqının israrlı tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdanda biz onunla görüşdük və o, Rus İcmasının ehtiyacları ilə maraqlandı. Mən dedim ki, bizə Rus Mədəniyyət Mərkəzi üçün bina lazımdır. O, müdafiə nazirinə tapşırıq verdi və bizə yer ayırdılar – Azadlıq prospektindəki keçmiş Hərbi Kitab Evini. Biz öz tədbirlərimizi, uşaqlar üçün Yeni il şənliklərini orada keçiririk. Bu, çox vacib idi.

Heydər Əliyev artıq Prezident seçiləndən sonra, 1994-cü ilin yanvarında mənə zəng vurub dedi: “Pravoslav Kilsəsi xətti ilə siz hər hansı tədbir keçirməyi nəzərdə tutursunuzmu?” Mən dedim: “Bəli, yanvarın 7-də Milad bayramı olacaq, yanvarın 10-da isə biz konsert təşkil etməyi planlaşdırırıq”. O, konsertə gələcəyini vəd etdi. Biz konsertin keçirilməsi üçün Kirxanın binasını icarəyə götürdük. Heydər Əliyev Şeyxin və o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun müşayiəti ilə gəldi. Biz birinci sırada yanaşı oturmuşduq, o mənə suallar verir, mən cavab verirdim. Sonra o çıxış edərək dedi: “Ruslar, heç yerə getməyin, bura sizin eviniz, sizin Vətəninizdir. Mən isə Prezident kimi sizin hüquqların müdafiəsinin qarantıyam”.

Bilirsiniz, Heydər Əliyev sözünün üstündə dayandı. Ruslar qaldılar. Azərbaycandakı ruslar həqiqətən Azərbaycanı öz vətənləri hesab edirlər. Bu kursu Prezidentimiz İlham Əliyev də davam etdirir. Siz gördünüz ki, Prezidentin 2020-ci il 27 sentyabr tarixli çağırışına milliyyətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın bütün sakinləri cavab verdilər. Çoxları könüllülər kimi ərazilərimizi erməni işğalçılarından azad etməyə getdilər. Bəziləri ölkənin Silahlı Qüvvələrinin tərkibində idi. Rus gənclərin çoxu ərazilərin azad edilməsi uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə orden və medallar aldı, bəziləri həlak oldu. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərə Allah rəhmət eləsin. Biz bütün şəhidlərin xatirəsini hörmətlə yad edirik. Prezidentimizin nitqi həqiqətən bütün xalqı ruhlandırdı. Ona görə ki, biz işğal edilmiş əraziləri dinc yolla azad edə biləcəyimiz günü 30 il gözləmişdik. Lakin təəssüf ki, heç kəs bizim dediyimizə qulaq asmadı. Prezidentimizə Allah cansağlığı versin, o, qətiyyət göstərdi və Azərbaycan ərazisində vəhşiliklər törədən, dinc sakinləri, Azərbaycanın mədəniyyət və tarix abidələrini məhv edən murdarları öz “dəmir yumruğu” ilə sarsıtdı. Bütün bu illər ərzində işğal olunmuş Qarabağı azad etməyə hazırlaşan rəşadətli Ordumuza eşq olsun”.

Mixail Zabelin 1990-cı illərin əvvəlində ölkəmizin bütövlüyünün qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini xüsusi qeyd edərək dedi: “Qarabağla yanaşı, ölkənin şimal və cənub hissələrində də hərcmərclik yaranmışdı. Faktiki olaraq, o vaxt Azərbaycanın güclü ordusu, güclü rəhbərliyi yox idi. Azərbaycanın düşmənləri bundan istifadə edirdilər. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra onun qətiyyəti və siyasi iradəsi bu qüvvələrin Azərbaycan ərazisinə qəsb etmələrinə imkan vermədi. O, Azərbaycanı xilas etdi!

Hər halda sovet dövrünün adamı olan Heydər Əliyev inanırdı ki, Rusiya rəhbərliyi həmin dövrdə Qarabağ münaqişəsi nəticəsində yaranmış problemlərə düzgün yanaşacaq və bizim tərəfimizdə olacaq, çünki biz haqlı idik. Lakin təəssüf ki, o vaxt nə Yeltsinin şəxsində Rusiya, nə Avropa İttifaqı, nə ABŞ, nə də Qarabağ barəsində dörd qətnamə qəbul etmiş BMT bu məsələni beynəlxalq hüquq əsasında həll etmək istəmədi (əksinə, Rusiya Ermənistanı pulsuz silahla təchiz edirdi). Lakin Allaha şükür olsun ki, bizim Prezident İlham Əliyev ölkəni iqtisadi cəhətdən inkişaf etdirərək, ordumuzu möhkəmləndirdi və işğal olunmuş torpaqların azad edilməsinə nail oldu. O, hər şeyi götür-qoy etmişdi və ərazilərimizi erməni işğalçılardan azad etməkdə heç kəs bizə mane ola bilmədi”.

Mixail Zabelin Heydər Əliyevin referenti vəzifəsində işləyərkən ümummilli liderin ailəsi ilə, xüsusən onun həyat yoldaşı Zərifə xanımla da ünsiyyətdə olub: “O da çox məşğul insan idi – həkim, alim, akademik idi. Tez-tez Kondisionerlər Zavoduna və başqa müəssisələrə gedirdi, görmə orqanının peşə xəstəliklərini tədqiq edir, orada işləyən insanları müayinə edir, onlara məsləhətlər verirdi. Bununla bərabər, o hər gün mənə zəng vurur və soruşurdu: “Mişa, Heydər Əliyeviç necədir? Sən ona filan dərmanı vermisənmi?”. Mən deyirdim: “Bəli Zərifə Əzizovna, vermişəm”. “Onda sürücünü göndərəcəm, Heydər Əliyeviç üçün hazırladığımı gətirəcək. Qoy o yeməkxanada yeməsin, mən onun üçün buxarda bişirilmiş kotlet hazırlamışam”. Zərifə xanım Heydər Əliyevə belə qayğı göstərirdi, onların arasında çox incə hisslər vardı. Artıq neçə illərdir ki, onlar aramızda yoxdur, lakin onların necə səmimi, dostcasına münasibətləri olduğunu, bir-birini necə sevdiklərini, onların necə ailə olduğunu bilirik...”.

Mixail Zabelin sonda deyib: “Bütün Azərbaycan xalqı kimi mən də Tanrıya minnətdaram ki, yeni Azərbaycan yaratmış Heydər Əliyev kimi insan Azərbaycan ərazisində doğulub”.

Mixail Zabelin: Heydər Əliyev ilə işləmək böyük məktəbdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir