DÜNYA


Mobil biometrik sistemlər vasitəsilə alış-verişin həcmi 2 trilyon dollaradək yüksələcək

Bakı, 25 iyul, AZƏRTAC

"Juniper Research" analitik şirkəti məhsul və xidmətlərin ödənişi üçün mobil qurğularda tətbiq edilən biometrik texnologiyaların istifadəsi ilə bağlı araşdırma dərc edib.

AZƏRTAC "dailycomm.ru" saytına istinadla xəbər verir ki, 2023-cü ilədək dünyada müvafiq əməliyyatların həcmi 2 trilyon dollara yaxınlaşacaq. Bu rəqəm 2018-ci illə (124 milyard dollar) müqayisədə 17 dəfə çoxdur. Mütəxəssislər belə sürətli yüksəlişi ödəmə əməliyyatlarının təhlükəsizliyi və telefon istehsalçıları tərəfindən inkişaf etdirilən biometrik platformaların açıqlığı ilə izah edirlər.

Analitiklər hesab edirlər ki, 2023-cü ilədək dünyada istifadə olunan smartfonların 80 faizdən çoxu (5 milyarddan çox) müxtəlif biometrik texnologiyalardan istifadə edəcək. Əvvəlcə mobil qurğulara yalnız barmaq izi skanerləri quraşdırılırdı, indi isə sifətin tanınması və gözün qüzehi qişası sistemləri populyardır. Yaxın 5 ildə son iki texnologiya 1 milyarddan çox cihazda tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.