ELM VƏ TƏHSİL


Mobil hesablama buludları ilə bağlı aparılan tədqiqatların nəticələri təqdim olunub

Bakı, 4 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun birgə müəllifi olduğu “Mobil hesablama buludları: mövcud vəziyyəti, arxitekturası və problemləri” mövzusunda məruzə Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilmiş “X Milli Superkompüter Forumu”nda (НСКФ-2021) təqdim olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda məruzəni təqdim edən O.Ələkbərov hazırda dünyada hesablama buludları (Cloud Computing) texnologiyasının köməyilə verilənlərin emal mərkəzlərinin hesablama və yaddaş resurslarından səmərəli istifadə etmək istiqamətində intensiv tədqiqat işləri aparıldığını bildirib. Qeyd edib ki, böyük hesablamalar və yaddaş resurslarına malik olan belə hesablama bulud sistemləri yüksək sürətli əlaqə kanalına malik kompüter şəbəkələri əsasında yaradılır.

O.Ələkbərov bildirib ki, dünyada mobil qurğuların (notbuk, planşet, smartfon və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyilə internet üzərindən hesablama buludlarına qoşulması yeni texnologiyanın – mobil bulud (Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir.

Tədqiqat çərçivəsində, həmçinin mobil avadanlıqların hazırkı vəziyyəti və onların müxtəlif göstəricilər üzrə paylanma dinamikası analiz edilib. Yaxın perspektivdə mobil bulud texnologiyalarının inkişaf dinamikası araşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.