ELM VƏ TƏHSİL


Mobil hesablama buludlarında enerjiyə qənaət və gecikmələrin azaldılması strategiyası işlənilib

Bakı, 3 mart, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Cloudlet” əsaslı mobil hesablama buludlarında enerjiyə qənaət və gecikmələrin azaldılması strategiyası” adlı ingilis dilində məqaləsi nüfuzlu “International Journal of Wireless Networks and Broadband Technologies” (IJWNBT) jurnalında nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalədə mobil qurğularda böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində meydana çıxan problemləri (resurs qıtlığı və məhdud enerji mənbəyi) aradan qaldırmaq üçün “cloudlet” əsaslı mobil hesablama buludlarından istifadə edilməsi məsələsinə baxılıb. Mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi, onlarda resurs məhdudiyyətlərini və şəbəkədəki gecikmələrin aradan qaldırılması məsələləri təhlil edilib.

Tədqiqat işində, həmçinin mobil istifadəçilərin məsələlərinin “cloud”letlərdə həll edilməsi mobil qurğuların batareyalarının işləmə müddətinin artmasına və şəbəkədəki gecikmələrin azalması riyazi hesablamalarla göstərilib. Məsələlərin “cloudlet” şəbəkəsində balanslı şəkildə paylanması məsələsinə baxılıb. İstifadəçi məsələsini ona daha yaxın olan cloudletə yükləyib və həll etsə, onda gecikmələr və enerji sərfiyyatı az olacaq. “Cloudlet” mobil qurğudan uzaqda olarsa əlaqə kanallarının sayının artması ilə gecikmələr və enerji sərfiyyatının artması qeyd edilib. Eyni zamanda, məqalədə istifadəçinin bəzi tələblərinə uyğun “cloudlet”lərin seçilməsi məsələsinə baxılıb. “Cloudlet”lərin əhəmiyyətini təyin edən mümkün qiymətlərindən (istifadəçinin yaxın olması, etibarlıq göstəricisinin yüksək olması və s. şərtlərindən) istifadə etməklə istifadəçinin proqram əlavəsinin hansı cloudletə yüklənməsi üçün şərtlər araşdırılıb və model təklif edilib.

Qeyd edək ki, “International Journal of Wireless Networks and Broadband Technologies” jurnalı “ACM Digital Library”, “Cabell's Directories”, “DBLP”, “Google Scholar”, “JournalTOCs”, “ProQuest” “Computer” “Science Journals”, “ProQuest Technology Journals”, “Ulrich's Periodicals Directory”, “IET INSPEC (WoS)” kimi tanınmış bazalarda indeksləşir və referatlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.