İQTİSADİYYAT
Mobil nömrə daşınması xidmətindən istifadə edənlərin 62 faizindən çoxu “Bakcell”ə qoşulub VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Mobil nömrə daşınması (MND) xidmətindən istifadə edən abunəçilərin 62 faizindən çoxu “Bakcell” şəbəkəsinə qoşulub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məlumatına görə, hazırda MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12 mindən çoxdur. Bunların 7500 nəfəri öz nömrələrini məhz “Bakcell” şəbəkəsinə daşıyıb.
Ötən il ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında “Bakcell” abunəçilərinin artımı müşahidə olunub. “Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, şirkətin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0,4 faiz və 4 faiz göstəriciləri ilə müqayisədə 6,6 faizə qədər artıb.
Şirkətin baş icraçı direktoru Riçard Şirer qeyd edib ki, “Bakcell”in təklif etdiyi xidmət və məhsulların üstünlüyünə və əla xidmət səviyyəsinə görə abunəçilərin sayı ilbəil artır.