ELM VƏ TƏHSİL


Mobil proqram müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyatını dəyişəcək

Bakı, 18 avqust, AZƏRTAC

ABŞ-ın Dartmut Kollecinin əməkdaşları yaşlı insanlarda psixi pozğunluq və digər xroniki xəstəliklərin gedişatına müstəqil nəzarət etməyə kömək edən yeni proqram yaradıblar.

AZƏRTAC meddaily.ru saytına istinadla xəbər verir ki, müəyyən vaxt ərzində (təxminən üç ay) xəstələr stressə dayanıqlıq, müalicəyə sadiqlik və psixoaktiv maddələrdən istifadə kimi mövzulara dair konsultasiyalar alacaqlar. Həkimlər proqram vasitəsilə pasiyentləri məsafədən izləyə və problem yarandıqda müdaxilə edə biləcəklər.

Tədqiqatda ciddi psixi pozğunluq və digər xroniki xəstəliklərdən əziyyət çəkən 10 pasiyent iştirak edib. İştirakçılar proqramı sadə və rahat hesab ediblər. Hətta müasir texnikanı anlamayan insanlar yeni proqramdan asanlıqla istifadə edə biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.