DÜNYA


Mobil rabitə operatorları 2025-ci ilədək bu sahənin inkişafına 1,1 trilyon dollar yatıracaq

Bakı, 23 fevral, AZƏRTAC

Bütün dünya üzrə mobil rabitə operatorları 2025-ci ilə qədər bu sahənin inkişafına ümumilikdə 1,1 trilyon dollara yaxın vəsait yatıracaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə GSMA assosiasiyasının Baş direktoru Mats Qranrid Çinin Şanxay şəhərində keçirilən Dünya Mobil Konqresinin (Mobile World Congress Shanghai, MWC Shanghai) açılış mərasimində çıxış edərkən bildirib.

Dünyada mobil rabitə bazarına müvafiq yatırımların təxminən 80 faizi 5G standartının inkişafına yönələn sərmayələrin payına düşəcək. Mats Qranridin sözlərinə görə, 2021-ci ilin sonlarına qədər dünya əhalisinin təxminən 20 faizinin 5G şəbəkəsi ilə təmin olunması planlaşdırılır. Assosiasiyanın Baş direktoru Çində beşinci nəsil rabitə üçün infrastrukturun sürətli inkişafına diqqət yönəldərək deyib ki, 2025-ci ilə qədər bu ölkədə bütün mobil rabitənin yarısı 5G texnologiyası hesabına həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 25-dək davam edəcək konqresə telekommunikasiya sahəsinin 200-dən çox eksponenti qatılacaq. Konqres hər il Barselona, Los-Anceles və Şanxay şəhərlərində keçirilir.

MWC mobil rabitə sahəsində fəaliyyət göstərən oyunçuların maraqlarını təmsil edən və 400-ə yaxın kompaniyanın 750-dən çox operatorunu birləşdirən GSMA tərəfindən təşkil olunur. Onların arasında mobil telefon qurğuları və proqram təminatı istehsalçıları, avadanlıq tədarükçüləri və internet kompaniyalar, həmçinin əlaqədar sahələrin nümayəndələri var. Assosiasiyanın mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı Londonda yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.