İQTİSADİYYAT


Mobil telefonlardan POS-terminal kimi istifadə edilməsi müzakirə olunub

Mobil telefonlardan POS-terminal kimi istifadə edilməsi müzakirə olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na təklif edilən əlavə və dəyişikliklər Mərkəzi Bankın nümayəndələri ilə birgə müzakirə edilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, müzakirə çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulub. Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.