CƏMİYYƏT


Mobil telefonların gömrük nəzarətindən gizlin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Gömrükçülər mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, “Xanoba” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21043” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, Rusiya Federasiyası istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd “NANO BQ-1411” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.