CƏMİYYƏT


Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib. Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd “Samsung Galaxy Note 10” markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.