CƏMİYYƏT


Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 1 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı Kanal” buraxılış sistemindən istifadə edərək əşyalarını rentgen aparatından keçirdikdən sonra saxlanılaraq yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı üzərindəki köynəyin sol və sağ qollarının altından, hər birində 2 ədəd olmaqla sellofan paketə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən 4 ədəd “iPhone 11 Pro 256 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.