CƏMİYYƏT


Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 7 noyabr, AZƏRTAC

Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Lexus RX 330” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağın söykənəcək və yük hissəsində xüsusi hazırlanan gizli saxlanc yerində, ön şitində gömrük nəzarətindən gizlədilən 13 ədəd “Samsung A10S”, 16 ədəd “Redmi Note 7”, 3 ədəd “Redmi Note 8 Pro”, şəxsi yoxlama zamanı isə vətəndaşın bel nahiyəsindən 3 ədəd “Redmi Note 7” markalı mobil telefon, eləcə də mobil telefonlar üçün qutu və aksesuarlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.