CƏMİYYƏT


Mobil telefonların ölkəyə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları "Qırmızı Körpü" gömrük postunda telefonların ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundakı soyuducuda yerləşdirilən yağ qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 10 ədəd "iPhone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.