CƏMİYYƏT
Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb
Bakı, 27 avqust, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikası ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd "Samsunq" markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksessuar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.