CƏMİYYƏT


Mobil telefonların və elektron əşyaların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 9 iyul, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 50 “SanDisk 8GB” markalı fleş-kart, 5 portativ enerjiyığma cihazı, 3 ədəd plata, 2 yaddaş kartı və əynindəki gödəkçənin ciblərindən isə 4 “Iphone” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.