SİYASƏT


“Modern Diplomacy”: İsrail Orta Dəhliz layihəsini nə üçün dəstəkləməlidir?

“Modern Diplomacy”: İsrail Orta Dəhliz layihəsini nə üçün dəstəkləməlidir?

Bakı, 8 dekabr, AZƏRTAC

Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Niyə İsrail Orta Dəhlizi dəstəkləməlidir?” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara bu ölkə mətbuatında və beynəlxalq mediada Azərbaycanla bağlı mütəmadi çıxışlar edib, məqalələr yazıb.

O, qələmə aldığı məqalədə qeyd edir ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan hökumətləri bu ilin əvvəlində regionda nəqliyyat imkanlarını yaxşılaşdırmaq üçün bəyanat imzalayıblar.

Bunun ardınca adıçəkilən ölkələrin Xarici İşlər və Nəqliyyat nazirlikləri regionda sürətləndirilmiş nəqliyyat marşrutlarının yaradılması zərurəti barədə qərar qəbul ediblər. Belə ki, bu marşruta Çini Avropa ilə birləşdirəcək dəmir yolu, yük və bərə sistemi - Orta Dəhliz daxil olacaq.

Sabiq nazir hesab edir ki, İsrail Orta Dəhlizin yaradılmasını dəstəkləməlidir. Çünki bu marşrut İsrail, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrini əhatə edəcək şəkildə genişləndirilərsə, öz növbəsində “İbrahim sazişləri”ni gücləndirməyə kömək edəcək. Onun fikrincə bu, Tehrandakı mollalara qarşı mübarizəyə kömək etməklə yanaşı, türk dövlətləri, İsrail və ərəb dünyası arasında daha möhkəm əlaqələri təmin edəcək. Müəllif son nəticədə marşrutun Çin, türk dövlətləri, İsrail və ərəb ölkələri arasında ticarətin böyük ölçüdə genişlənməsinə yardımçı olacağına əminliyini ifadə edib.

Həmçinin qeyd olunub ki, Avropadan Türkiyəyə istiqamətlənən qatarlar oradan Hayfaya, Hayfadan İordaniyaya, Səudiyyə Ərəbistanına və daha sonra Körfəz ölkələrinə və əks istiqamətdə hərəkət edə bilər. İsrailli politoloq əmindir ki, bundan sonra Səudiyyə Ərəbistanı və İsrail Osmanlı hakimiyyəti dövründə mövcud olmuş Hicaz dəmir yoluna bənzər yolun inşası barədə razılaşa bilər. Belə ki, hicazlılar sözügedən keçmişin təkrarlanmasını arzulayırlar.

Məqalənin sonunda müəllif bütün bunların “İbrahim sazişləri”nin bir hissəsi kimi gələcəkdə gerçəkləşəcəyinə böyük inamını da ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.