REGİONLAR


“Modern ferma modeli” mövzusunda seminar keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Modern ferma modeli” mövzusunda seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, seminarda sağım prosesi və protokolları, sağım üsulları və avadanlıqları, innovativ texnologiyaların bu seqmentə tətbiq edilməsi və onun qazandırdığı üstünlüklər, qeyri-düzgün sağım prosedurunun meydana gətirdiyi çətinliklər və onların həlli yolları mövzularında təqdimatlar edilib.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müasir ferma modelləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Sonda seminar iştirakçıları sertifikatla təltif ediliblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Rusiya Federasiyasından dəvət olunmuş mütəxəssislər - “DeLaval” şirkəti və “4S” MMC-nin nümayəndələri, baytar həkimləri, zootexniklər, fermerlər və sahibkarlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.