Modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat ayrıldı – SƏRƏNCAM
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5 milyon manat bu Sərəncamın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncama əlavədə 15 modul tipli məktəbin quraşdırılması üçün nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var